Sabah Bakıda və rayonlarda qar yağacaq, yollar buz bağlayacaq

Sabah Bakıda və rayonlarda qar yağacaq, yollar buz bağlayacaq
# 25 yanvar 2016 09:17 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Yanvarın 26-da Bakı və Abşeron yarımadasında arabir qar yağacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Gecə və səhər yolların buz bağlayacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında gecə 0-3 şaxta, gündüz 0-2 isti, Bakıda gecə 0-2 şaxta, gündüz 0-2 dərəcə isti olacaq.

Yanvarın 26-da Azərbaycanın rayonlarında arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Yollar buz bağlayacaq.

Havanın temperaturu Aran rayonlarında gecə 2-7 şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlarda gecə 5-10 şaxta, yüksək dağlıq ərazilərdə 10-15 şaxta, gündüz 0-5 şaxta olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR