“Əş-Şəbab” silahlılarının Moqadişoda restorana hücumu nəticəsinə azı 5 nəfər ölüb, 7 nəfər yaralanıb

“Əş-Şəbab” silahlılarının Moqadişoda restorana hücumu nəticəsinə azı 5 nəfər ölüb, 7 nəfər  yaralanıb
# 22 yanvar 2016 03:54 (UTC +04:00)

Bakı-APA. “Əş-Şəbab” terror qruplaşmasının silahlıları Moqadişoda restorana hücum ediblər, nəticədə azı 5 nəfər ölüb, 7 nəfər yaralanıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, terrorçular “Liido Seadood” restoranının qarşısında iki avtomobil partladaraq toy mərasiminin keçirildiyi obyektə daxil olublar.

Polis terrorçuların girov götürdükləri restoran müştərilərini qətlə yetirdiyini ehtimal edir.

Hazırda terrorçuların zərərsizləşdirilməsi istiqamətində əməliyyat davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR