İlin əvvəlindən Azərbaycan 16 mln. ton neft ixrac edib

İlin əvvəlindən Azərbaycan 16 mln. ton neft ixrac edib
# 19 oktyabr 2015 09:54 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) yanvar-sentyabr ayları üçün xam neft və neft məhsullarının ixracı haqqında məlumatları açıqlayıb.

"APA-Economics"in komitənin statistik məlumatlarına istinadən verdiyi məlumata görə, bu ilin yanvar-sentyabr aylarında gömrük bəyannamələri əsasında 6 814 606,27 min ABŞ dolları dəyərində 16 116 881,28 ton xam neft ixrac olunub.

Belə ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,59% azdır. Məbləğ dəyərində isə bu rəqəm 2,17 dəfə azdır.

Bu ilin doqquz ayında 576 623,16 min dollar dəyərində 1 628 006,69 ton həcmində neft məhsulları istehsal edilib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 11,28% çoxdur. Məbləğ dəyərində isə bu rəqəm 44,23% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR