Gəncə sakini özünü yandırıb - YENİLƏNİB - FOTOSESSİYA - VİDEO

Gəncə sakini özünü yandırıb - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 21 oktyabr 2015 15:07 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncə şəhər sakini özünü yandırıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Cavad Xan qəsəbəsində qeydə alınıb.

1979-cu il təvəllüdlü Eldar Qocayev yaşadığı evdə həyat yoldaşı, 1985-ci il təvəllüdlü Ruhanə Qocayeva ilə mübahisə edib. Daha sonra üzərinə yandırıcı maddə tökərək özünü yandırıb. Alovu söndürmək istəyən həyat yoldaşı və qayınatası, Yusif Əhmədov da yanıq xəsarətləri alıblar. Yaralılar dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. E. Qocayevin vəziyyətinin ağır olduğu üçün o reanimasiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, ailənin 3 azyaşlı övladı var.

Hadisə baş verən evdə bir otaq da yanıb. Əraziyə Gəncə şəhər Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb edilib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR