İcraçı direktor: "İSB-nin investisiya portfeli ilin sonunadək 34 milyon manata çatacaq"

İcraçı direktor: "İSB-nin investisiya portfeli ilin sonunadək 34 milyon manata çatacaq"
# 23 iyun 2016 07:50 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. İcbari Sığorta Bürosunun (İSB) investisiya portfeli ilin sonuna qədər 33-34 milyon manata çatacaq.


"APA-Economics" xəbər verir ki, bunu İSB-nin icraçı direktoru Elxan Quliyev deyib.

Onun sözlərinə görə, hal-hazırda ümumi portfelin həcmi 30 milyon manatdan artıqdır. "2014-cü illə müqayisədə 2015-ci ildə investisiya portfeli 50%-dən çox artıb. Ümumi portfel yalnız manat ekvivalentində deyil. İnvestisiya portfeli dollar, avro, qiymətli kağızlar arasında bölünüb", - deyə E. Quliyev qeyd edib.

İcraçı direktor əlavə edib ki, qiymətli kağız formasında Maliyyə Nazirliyinin, o cümlədən digər müəssisə və təşkilatların qiymətli kağızlarına investisiya yatırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR