İrəvanda avtobusda partlayışa səbəb partladıcı qurğu olub

İrəvanda avtobusda partlayışa səbəb partladıcı qurğu olub
# 26 aprel 2016 00:24 (UTC +04:00)

Bakı-APA. İrəvanda sərnişin avtobusunda partlayış partladıcı qurğunun işə düşməsi səbəbindən baş verib. APA-nın “Novosti Armeniya”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan polisinin rəisi Vladimir Qasparyan bildirib.

“Partlayış qəlpəli yox, dalğalı olub”, - deyə o əlavə edib.

Onun sözlərinə görə, partladıcı qurğunun avtobusdakı oturacaqlardan birinin altına quraşdırıldığı ehtimal olunur.

Qeyd edək ki, son məlumata görə, insident nəticəsində 2 nəfər ölüb, 7 nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR