Tiflisin sabiq meri azadlığa çıxıb

Tiflisin sabiq meri azadlığa çıxıb
# 06 yanvar 2017 16:42 (UTC +04:00)

Tiflis şəhərinin sabiq meri Qiqi Uqulava azadlığa çıxıb.

APA-nın Gürcüstan bürosunun verdiyi məlumata görə, Q. Uqulavanı həbsxana qarşısında ailə üzvləri və dostları, həmçinin “Vahid Milli Hərəkat” partiyasının üzvləri qarşılayıblar.

Qeyd edək ki, sabiq mer 1 il 3 ay və 22 gün məhkumluq həyatı yaşayıb. O, bu gün apellyasiya məhkəməsinin qərarı ilə həbsdən azad olunub.

Xatırladaq ki, Q. Uqulava dövlət vəsaitini mənimsəməkdə ittiham olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR