Allahşükür Paşazadə Patriarx Kirilin yubileyində iştirak etmək üçün Moskvaya gedir

Allahşükür Paşazadə Patriarx Kirilin yubileyində iştirak etmək üçün Moskvaya gedir
# 18 noyabr 2016 09:12 (UTC +04:00)

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə noyabrın 21-də Moskva və bütün Rusiya Patriarxı Kirilin dəvəti ilə Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə səfərə yola düşəcək.

QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər Patriarx Kirilin 70 illik yubiley tədbirlərində iştirak etmək məqsədilə həyata keçirilir.

Noyabrın 23-dək davam edəcək səfər müddətində QMİ sədri A. Paşazadə Patriarx Kiril həzrətləri ilə təkbətək görüşəcək, habelə yubileyə həsr olunmuş genişmiqyaslı təntənəli qəbul və mərasimlərdə iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR