Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən 50 000 ədəd siqaretin realizə edilməsinin qarşısı alınıb

Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən 50 000 ədəd siqaretin realizə edilməsinin qarşısı alınıb
# 18 avqust 2017 13:53 (UTC +04:00)

Xəzər Dənizində Azərbaycan Respublikasının İqtisadi Mənafelərinin Mühafizəsi (XDARİMM) Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən, üzərində Azərbaycanın aksiz markası olmayan tütün məmulatlarının Bakı şəhərində realizə edilməsi barədə məlumat daxil olub.

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, Dərhal DGK Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsi Əməliyyat İdarəsinin əməkdaşları ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, 20 yanvar dairəsi ərazisində əməliyyat keçirilib və əməliyyat nəticəsində saxlanılan Azərbaycan vətəndaşı Əsədov Yunsur İnsaf oğlunun idarə etdiyi "Samand Soren" markalı, 99-AG-750 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin yük yerindən 3 ədəd karton qutuda, üzərində Azərbaycanın müvafiq aksiz markaları olmayan siqaretlər aşkar olunub.

Yükə gömrük baxışı keçirilməsi məqsədilə Y. Əsədov XDARİMM Gömrük İdarəsinin inzibati binasına dəvət olunub. Yoxlama zamanı avtomobilin yük yerindəki 3 ədəd karton qutudan Azərbaycanın aksiz markası ilə markalanmayan 50 000 siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR