Azərbaycanda hesabatlılığın artırılmasını təmin edən islahat və tədbirlər planı hazırlanıb

Azərbaycanda hesabatlılığın artırılmasını təmin edən islahat və tədbirlər planı hazırlanıb
# 31 may 2018 11:51 (UTC +04:00)

“Ötən il ümumi gəlirlərinin artıqlaması ilə icra olunmasına baxmayaraq, büdcəyə ödənişdə 675 milyon manatlıq kəsir müşahidə edilib. 2018-ci ildə əsas hədəfimiz qanunvericilik çərçivəsində tədbirlərin yerinə yetirilməsidir”.

"APA-Economics" xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında vergilər naziri Mikayıl Cabbarov "2017-ci il üçün dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsində çıxışı zamanı deyib.

Nazir bildirib ki, mövcud vergi yükü və vergi mədəniyyəti arasında fərq qənaətbəxş hesab edilə bilməz: "Vergi mədəniyyəti həm vergi inzibatçılığı, həm də vergilərin könüllü ödənilməsi və bəyan edilməsidir. Dövlət başçısı tərəfindən qarşımızda qoyulan əsas tapşırıq sahibkarlar üçün vergi yükünün azaldılması, şəffaflığın və bərabərliyin təmin edilməsidir. Növbəti ilin büdcə paketi çərçivəsində aidiyyatı qurumlarla birlikdə hesabatlılığın artırılmasını təmin edən tədbirləri və digər islahatları hazırlayıb təqdim etmişik. Çalışırıq ki, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə faydalı əməkdaşlıq edək. Qarşımızdakı əsas çağırışlar dövriyyələrin azaldılmasının qarşısının alınması, illərlə oturuşmuş iş sisteminin təkmilləşdirilməsidir”.

Müzakirələrdən sonra adıçəkilən qanun layihəsi səsə qoyularaq qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR