Göyçayda avtomobil aşıb, sürücü ağır xəsarət alıb

Göyçayda avtomobil aşıb, sürücü ağır xəsarət alıb
# 29 yanvar 2018 13:45 (UTC +04:00)

Göyçayda bir nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Göyçay şəhərinin Bakı küçəsində qeydə alınıb.

Rayon sakini, 1989-cu il təvəllüdlü Musayev Vüqar Səfəralı oğlu “Opel” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil hasara çırpılaraq arxası üstə çevrilib. Sürücü ağır bədən xəsarətləri aldığı üçün Göyçay rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb. Hazırda onun vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR