Bank rəhbərlərinin orta aylıq əmək haqqı açıqlanıb

Bank rəhbərlərinin orta aylıq əmək haqqı açıqlanıb
# 28 noyabr 2017 09:18 (UTC +04:00)

“Bu gün bank sektorunda TOP-menecmentdə çalışan insanların əksəriyyətinin orta aylıq əmək haqqı 8-10 min manatdan çoxdur. Bu rəqəm beynəlxalq bazarlardakı əmək haqqı ilə rəqabət oluna biləcək səviyyədədir”.

APA-Economics” xəbər verir ki, bunu “Tələb işəgötürənlərdən, təklif UNEC-dən” adlı konfransda çıxışı zamanı Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev deyib.

Onun sözlərinə görə, bu gün bank sektoru Azərbaycanda ən yüksək əmək haqqı verən qruplar arasındadır. “Buna baxmayaraq adi ixtisaslar, məsələn, mühasiblər, informasiya texnologiyaları sahəsi üzrə mütəxəssislərə bank sektorunda böyük ehtiyac var. Bu ixtisasa sahib olan insanları biz əmək bazarından əldə edə bilmirik. Bu kimi ixtisasların tələbləri dəyişməz qaldığı üçün biz bu istiqamətdə diqqəti gücləndirməliyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR