Seysmoloji Mərkəz: Zaqatalada zəlzələdən sonra avterşokların sayı 75-ə çatıb - YENİLƏNİB

Seysmoloji Mərkəz: Zaqatalada zəlzələdən sonra avterşokların sayı 75-ə çatıb - <span style="color: red;">YENİLƏNİB
# 06 iyun 2018 08:58 (UTC +04:00)

“Zaqatalada baş verən zəlzələdən sonra avterşokların sayı 75-ə çatıb. Hazırda avterşoklar davam edir”.

Bunu APA-ya AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı deyib.

Şöbə müdiri qeyd edib ki, avterşokların hamısı zəif və hiss olunmayan təkanlardır.

***

09.33

"Zaqatalada baş verən zəlzələdən sonra indiyədək 7 avterşok qeydə alınıb".

Bu barədə APA-ya AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı məlumat verib. Bildirilib ki, Zaqatalada zəlzələ güclü olduğundan böyük ehtimalla avterşoklar bir müddət davam edəcək.



Qeyd edək ki, dünən yerli vaxtla saat 22:40-da Zaqatala ərazisində 6 bal gücündə olub.

Xatırladaq ki, 2012-ci ildə Zaqatalada güclü zəlzələ baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR