Gürcüstanda Konstitusiyaya dəyişikliklər qəbul edilib

Gürcüstanda Konstitusiyaya dəyişikliklər qəbul edilib
# 13 oktyabr 2017 15:23 (UTC +04:00)

Gürcüstan parlamenti prezident Giorgi Marqvelaşvilinin vetosunu aradan qaldıraraq Konstitusiyaya düzəlişlər barədə qanunu qəbul edib.

APA-nın yerli bürosunun məlumatına görə, qanun layihəsinin lehinə 117 , əleyhinə isə 7 deputat səs verib.

Yeni dəyişikliklərə əsasən Gürcüstanda parlament seçkiləri və prezidentin seçilməsi proseduru dəyişir. Deputatlar proporsional seçki sistemi ilə, prezident isə birbaşa deyil, 300 üzvü olacaq xüsusi seçki kollegiyası tərəfindən seçiləcək.


Yenilənmiş Konstitusiya 2018-ci ilin prezident seçkilərindən sonra qüvvəyə minəcək. Lakin proporsional sistem növbəti seçkilərdə yox, ondan sonrakı seçkilərdə tətbiq ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR