Ermənistan məhkəməsi bir ailənin 7 üzvünü öldürən rusiyalı hərbçinin işi ilə bağlı birinci instansiyanın qərarını qüvvədə saxlayıb

Ermənistan məhkəməsi bir ailənin 7 üzvünü öldürən rusiyalı hərbçinin işi ilə bağlı birinci instansiyanın qərarını qüvvədə saxlayıb
# 19 dekabr 2016 09:06 (UTC +04:00)

Ermənistanın apelyasiya məhkəməsi rus hərbçisi tərəfindən qətlə yetirilən Avetisyan ailəsinin işi ilə bağlı birinci instansiyanın qərarını qüvvədə saxlayıb.

APA-nın “news.am”a istinadən verdiyi məlumata görə, bununla da zərərçəkən tərəfin şikayətləri təmin edilməyib və onlar bir ay ərzində digər şikayətlə müraciət edə bilərlər.

Qeyd edək ki, Şirak rayon məhkəməsi Rusiya ordusunun Ermənistanda yerləşən 102 saylı hərbi bazasının hərbçisi Valeri Permyakova ölümlük həbs cəzası verib. Apelyasiya məhkəməsinə hər iki tərəf müraciət edib. Permyakovun vəkili sonradan şikayəti geri götürsə də, zərərçəkənlər ziyanın ödənilməsi və işə yenidən baxılmasını istəyiblər.

Gümrü şəhər məhkəməsinin qərarı ilə fərarilikdə, Şirak rayon məhkəməsini qərarı ilə isə Avetisyan ailəsinin 7 üzvünün qətlində, habelə soyğunçuluqda təqsirli bilinən rusiyalı hərbçiyə ömürlük həbs cəzası veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR