Bank Of Baku

Zelenski ilə Baydenin görüşü təxirə salınıb

Ukrayna prezidenti Vladimir Zelenski və ABŞ prezidenti Co Bayden

© APA | Ukrayna prezidenti Vladimir Zelenski və ABŞ prezidenti Co Bayden

# 30 avqust 2021 08:46 (UTC +04:00)

Ukrayna prezidenti Vladimir Zelenskinin Amerika lideri Co Baydenlə avqustun 31-nə təşkil edilmiş görüşü təxirə salınıb.

APA xəbər verir ki, bu barədə “RBC Ukrayna” agentliyinə Prezident aparatındakı mənbə bildirib.

Məlumata görə, Zelenski ilə Baydenin sentyabrın 1-də görüşəcəyi planlaşdırılır.

Qeyd edək ki, görüş ikinci dəfədir təxirə salınır – bundan əvvəl prezidentlərin avqustun 30-da görüşəcəyi planlaşdırılsa da, sonradan plan dəyişdirilib. Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın bildirdiyinə görə, bu, səfər proqramının genişləndirilməsi ilə əlaqədardır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR