Rusiyada Su-57 qırıcısı qəzaya uğrayıb

Rusiyada Su-57 qırıcısı qəzaya uğrayıb
# 24 dekabr 2019 11:25 (UTC +04:00)

Rusiyanın Xabarovsk diyarında tayqada Su-57 döyüş qırıcısı qəzaya uğrayıb.

APA-nın xəbərinə görə, bu barədə TASS məlumat yayıb.

Qəza Su-57 qırıcısı sınaqdan keçirilən zaman baş verib. Katapult edən pilot xəsarət almayıb.

Rusiyanın Şərq Hərbi Dairəsindən isə bildirilib ki, dairədə hər hansı aviasiya hadisəsi qeydə alınmayıb.

Qırıcını istehsal edən zavodun mətbuat xidməti hələlik fakta münasibət bildirməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR