Bank Of Baku

Sabunçuda yaşayış binasında yanğın olub, 1 nəfər tüstüdən zəhərlənib

Sabunçuda yaşayış binasında yanğın olub, 1 nəfər tüstüdən zəhərlənib
# 12 fevral 2022 19:06 (UTC +04:00)

Bakıda yaşayış binasında yanğın olub.

APA Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakı şəhərinin Sabunçu rayonunda doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində ümumi sahəsi 55 m² olan 2 otaqlı mənzilin 1 otağında plastikdən ibarət pəncərə çərçivəsi və ev əşyaları 2 m² sahədə yanıb.

Yanğın zamanı 1 nəfər yanğınsöndürənlər tərəfindən tüstüdən zəhərlənmə əlamətləri ilə xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR