Bakıda psixotrop tərkibli dərmanların alqı-satqısı ilə məşğul olan şəxs tutulub

Bakıda psixotrop tərkibli dərmanların alqı-satqısı ilə məşğul olan şəxs tutulub
# 10 may 2018 09:07 (UTC +04:00)

Narkotik maddələrin və psixotrop tərkibli dərmanların alqı-satqısında şübhəli bilinən Lənkəran şəhər sakini saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində növbəti əməliyyat həyata keçirilib.

Belə ki, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsi əməkdaşları tərəfindən əldə edilən məlumat əsasında keçirilən əməliyyat nəticəsində narkotik maddələrin və psixotrop tərkibli dərmanların alqı-satqısında şübhəli bilinən Lənkəran şəhər sakini Ramil Əsədov saxlanılıb. Onun üzərində hal şahidlərinin iştirakı ilə şəxsi axtarış həyata keçirilən zaman 102,510 qram tiryək, 8,654 qram heroin, 1,041 qram metamfetamin və 16 ədəd metadon həbləri aşkar olunaraq götürülüb.

Qeyd edilən faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR