Azərbaycan İstanbulda keçirilən Dayanıqlı İnkişaf Forumunda iştirak edib

Azərbaycan İstanbulda keçirilən Dayanıqlı İnkişaf Forumunda iştirak edib
# 09 aprel 2018 13:05 (UTC +04:00)

İstanbulda Birləşmiş Millətlər Təşkilatının Avropa və MDB üzrə Regional Mərkəzinin təşkilatçılığı ilə Dayanıqlı İnkişaf üzrə Beynəlxalq Forum keçirilib.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrasında beynəlxalq əməkdaşlığın gücləndirilməsi və qarşıya çıxan çətinliklərin birgə həllinin müzakirəsi məqsədilə təşkil edilmiş tədbirdə Avropa və MDB ölkələrində DİM-lərin milli səviyyədə icrasının əlaqələndirilməsinə cavabdeh şəxslər, BMT-nin nümayəndələri və beynəlxalq ekspertlər iştirak ediblər.

Forumun “İnkişaf siyasətində hökumətlərin baxışı” panel sessiyasında çıxış edən İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf şöbəsinin müdiri Hüseyn Hüseynov Azərbaycanda dayanıqlı inkişafa nail olunması üçün görülən tədbirlər, həyata keçirilən dövlət proqramları və strategiyalar nəticəsində ifrat yoxsulluğun aradan qaldırıldığını, dayanıqlı inkişafa nail olunduğunu və bir sıra sosial layihələrin uğurla həyata keçirildiyini vurğulayıb.

Qeyd olunub ki, Azərbaycan prezidentinin fərmanı ilə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası və 4 istiqamət üzrə İşçi Qrupu yaradılıb. Qlobal məqsəd və hədəflərə uyğun milli prioritetlərin və onlara dair göstəricilərin müəyyən edilməsi, ölkədə sosial-iqtisadi sahələri əhatə edən dövlət proqramları və strategiyaların DİM ilə uzlaşdırılması prosesi davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR