Göygöldə yeniyetmələr arasında kütləvi dava olub, xəsarət alan var

Göygöldə yeniyetmələr arasında kütləvi dava olub, xəsarət alan var
# 15 iyul 2017 18:16 (UTC +04:00)

Göygöldə kütləvi dava olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Mollacəlili kəndində qeydə alınıb. Bir neçə yeniyetmə arasında baş verən dava zamanı kənd sakini 2003-cü il təvəllüdlü Ələkbərov Ayxan Firuz oğlu müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR