Qubada 16 nəfərə qarşı oğurluq və dələduzluq edən şəxs tutulub - VİDEO

Qubada 16 nəfərə qarşı oğurluq və dələduzluq edən şəxs tutulub - VİDEO
# 26 fevral 2019 17:19 (UTC +04:00)

Qubada 16 nəfərə qarşı oğurluq və dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan ONA-ya verilən məlumata görə, Quba rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində fərqli vaxtlarda Quba və yaxın rayonlarda çoxlu sayda oğurluq və dələduzluq etməkdə şübhəli 35 yaşlı Sabirov Ramiz Əli oğlu tutulub.

Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməllərini etiraf edib. R.Sabirovun ətrafında aparılan tədbirlərlə, onun müxtəlif vaxtlarda Quba rayonunda ümumilikdə 16 nəfərə qarşı dələduzluq və oğurluqlar etdiyi məlum olub.

Ramiz Sabirovun başqa hadisələrdə iştirak edib-etməməsi araşdırılır. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa Quba RPŞ-nə müraciət etmələri və ya şəhər telefonlarından (023)3353511; (023)3354302 nömrələri ilə əlaqə saxlamaları xahiş olunur.

Vəli Turan

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR