Bakıda doğuş zamanı körpə ölümünün səbəbi açıqlanıb - YENİLƏNİB

Bakıda doğuş zamanı körpə ölümünün səbəbi açıqlanıb - <span style="color: red;">YENİLƏNİB
# 11 noyabr 2016 07:42 (UTC +04:00)

Bakıda doğuş zamanı ölən uşağın ciyərlərində problem olub.

Bu barədə APA-ya hadisənin baş verdiyi “İnternational Medical Centre”dən bildirilib.

Qeyd olunub ki, ötən gün axşam saatlarında 1992-ci il təvəllüdlü Nərgiz Axundova doğuş üçün klinikaya müraciət edib. Doğuş cərrahi müdaxilə olmadan təbii üsulla həyata keçirilib. Həkimlərin səyinə baxmayaraq körpə doğuş vaxtı ölüb. İlkin ehtimala görə, ölümə körpənin ciyərinin açılmaması səbəb olub.

Klinikadan həmçinin bildirilib ki, hazırda hadisə ilə bağlı Nəsimi rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

***

09:54

Bakıda doğuş zamanı körpə ölümü baş verib.

Nəsimi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Rəsul Rza küçəsində yerləşən “İnternational Medical Centre”də qeydə alınıb.

Oraya doğuş üçün müraciət edən qadının doğuş zamanı körpəsi ölüb.

Məlumata görə, bu, qadının ilk hamiləliyi olub.

Adı açıqlanmayan qadının vəziyyətinin isə normal olduğu bildirilir.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.

Cavid Zeynallı, Hafiz Heydərov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR