Spiker: “Lazım gələrsə, büdcədə neftin qiymətinə yenidən baxa bilərik, təki neftin qiyməti düşməsin”

Spiker: “Lazım gələrsə, büdcədə neftin qiymətinə yenidən baxa bilərik, təki neftin qiyməti düşməsin”
# 22 noyabr 2017 13:35 (UTC +04:00)

“Lazım olacaqsa, gələn ilin may ayında büdcədə dəyişiklik edib, neftin qiymətinə yenidən baxa bilərik”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında 2018-ci il üzrə büdcə müzakirələri zamanı spiker Oqtay Əsədov deputatların neftin qiymətinin büdcədə 45 dollardan götürülməsi ilə bağlı narahatlığına cavab olaraq deyib.

O qeyd edib ki, neftin qiymətinin hazırda 45 dollardan götürülməsində məqsəd riskləri qabaqlamaqdır: “Hazırda neftin qiyməti bu göstəricidən yuxarıdır. Belə olacağı təqdirdə, biz gələn il büdcəyə may ayında yenidən baxa bilərik. Təki neftin qiyməti düşməsin”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR