Saatlıda yanan otlaq sahəsinin kənarında 54 yaşlı kişinin meyiti tapılıb

Saatlıda yanan otlaq sahəsinin kənarında 54 yaşlı kişinin meyiti tapılıb
# 20 iyul 2018 14:13 (UTC +04:00)

Saatlı rayonunda yanan otlaq sahəsinin kənarında 54 yaşlı kişinin meyiti aşkarlanıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Saatlı rayonunun Əhmədbəyli kəndi ərazisində otlaq sahədə yanğın baş verib. Yanğının baş verdiyi ərazinin yaxınlığında Əhmədbəyli kənd sakini, 1964-cü il təvəllüdlü Babaşov Əflatun Ərəstun oğlunun meyiti aşkarlanıb. Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Ehtimala görə, adı çəkilən şəxs tüstüdən boğulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR