Rusiya ABŞ-ın "Şimal axını-2" qaz boru kəmərinə sanksiya tətbiq etməsini cavabsız qoymayacaq.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
O, Rusiyanın milli maraqlarına müvafiq olaraq cavab tədbirlərinin qəbul olunacağını deyib.
"Şimal axını-2”-yə qarşı sanksiyalar qəbuledilməzdir. Lakin bu sanksiyalar layihənin reallaşdırılması üçün maneə olmamalıdır”, - deyə D. Peskov vurğulayıb.