Məhkəmə arvadını öldürməyə cəhd edən şəxsin şikayətini təmin etməyib

Məhkəmə arvadını öldürməyə cəhd edən şəxsin şikayətini təmin etməyib
# 09 sentyabr 2017 10:05 (UTC +04:00)

Bakı Apellyasiya Məhkəməsində ölümə cəhddə təqsirləndirilən Bəxtiyar Məmmədovun şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən prosesdə şikayət təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm qüvvədə saxlanılıb.

Qeyd edək ki, ötən il iyunun 6-da Suraxanı rayon sakini 43 yaşlı Aytəkin Qudrətova bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb. Onu xilas etmək mümkün olub. Hadisəni onun həyat yoldaşı Bəxtiyar Məmmədovun törətdiyi məlum olub.B. Məmmədov yaxalanaraq istintaqa təhvil verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə B. Məmmədov 14 il müddətinə azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR