Misirdə 84 nəfər azot qazından zəhərlənib

Misirdə 84 nəfər azot qazından zəhərlənib
# 25 noyabr 2019 17:20 (UTC +04:00)

Misirdə azot qazının sızmasından 84 nəfər zəhərlənib.

APA-nın "masrawy.com" xəbər portalına istinadən verdiyi xəbərə görə, Misirin cənubundakı Asvan şəhərində müəssisədə azot qazının sızması nəticəsində həmin müəssisəyə yaxın ərazidə yerləşən peşə məktəbinin şagirdləri və müəllimləri zəhərlənib.

Zəhərlənənlər əraziyə gələn 15 təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

İlkin məlumata görə, qaz sızması yerli kimya zavodunda texniki təchizatda meydana gələn problemlə bağlıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR