Bakı sakini evində yanaraq ölüb

Bakı sakini evində yanaraq ölüb
# 23 yanvar 2017 09:34 (UTC +04:00)

Bakı sakini evində yanaraq ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanvarın 23-də saat 01 radələrində Xətai rayonunun R.Quliyev küçəsində yaşayan Gülməhəmməd Gülməhəmmədovun evində yanğın baş verib. Nəticədə evin 20 kvm. sahəsində yanar konstruksiyaları qismən yanıb, yanğın söndürüldükdən sonra ev sahibinin yanmış meyiti tapılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR