Meksikada cangüdən mühafizə etdiyi şirkət rəhbərini səhvən güllələyib

Meksikada cangüdən mühafizə etdiyi şirkət rəhbərini səhvən güllələyib
# 22 noyabr 2017 08:44 (UTC +04:00)

Meksikanın “İzzi Telecom” telekommunikasiya şirkətinin rəhbəri Adolfo Laqos cangüdəni tərəfindən güllələnib.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə prokuror Alexandro Qomes məlumat verib.

O bildirib ki, Teotiuakana şəhərində velosipedlə gəzintiyə çıxan A. Laqosa oğrular hücum edib. Laqosun cangüdəni oğruları atəş açanda, güllə səhvən iş adamına dəyib. Nəticədə A. Laqos ölümcül xəsarət alıb.

Hadisə nəticəsində oğrulardan biri də xəsarət alıb. Hazırda onların axtarışı davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR