Şəmkirdə 2 otaqlı ev yanıb

Şəmkirdə  2 otaqlı ev yanıb
# 06 dekabr 2016 23:17 (UTC +04:00)

Şəmkirdə yanğın hadisəsi baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Sabirkənd kəndində vətəndaşa məxsus tikintisi başa çatmamış ümumi sahəsi 70 m2 olan birmərtəbəli 2 otaqlı evdə baş verib. Nəticədə evin 1 otağının 2 ədəd pəncərə çərçivəsi, 1 ədəd taxtadan ibarət qapısı 6 m2 sahədə və dam örtüyünün yanar konstruksiyaları 30 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR