Şamaxıda bir ailənin iki üzvü tüstüdən zəhərlənib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Mədrəsə qəsəbəsində qeydə alınıb.
Rayon sakini, 1984-cü il təvəllüdlü Dursunəliyeva Zeynəb Asim qızı və oğlu, 2003-cü il təvəllüdlü Dursunəliyev Əli Rizvan oğlu tövlədə baş verən yanğın zamanı içəridəki mal-qaranı bayıra çıxaran zamanı tüstüdən zəhərləniblər. Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.