FHN: Şəki bazarında 90 konteyner, 20 piştaxta yanıb - YENİLƏNİB

FHN: Şəki bazarında 90 konteyner, 20 piştaxta yanıb - <span style="color: red;">YENİLƏNİB
# 12 oktyabr 2016 09:13 (UTC +04:00)

Bakı-APA. Bu gün Şəki şəhərində ümumi sahəsi 2 ha olan “Şəki Bazar” ASC-nin ərazisində 90 ədəd bir-birinə bitişik geyim əşyaları satışı konteyneri və 20 ədəd satış piştaxtasının yanar konstruksiyaları və içərisində olan mallar 1200 m2 sahədə yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, bazarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

09.23

Şəki. Vüqar Heydərov - APA. Şəki bazarında yanğın olub.


Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon dövlət Yanğından Mühafizə Hissəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün saat 07.00 radələrində Şəki bazarının sahibkarlara məxsus qarışıq mallar satılan hissəsində yanğın başlayıb. Yanğının irimiqyaslı olduğu nəzərə alınaraq hadisə yerinə FHN-nin Şəki rayon DYMH-nin texnikaları və şəxsi heyətləri ilə birgə ətraf Qax, Oğuz və Yevlax rayonlarının DYMH-nin texnikası və şəxsi heyəti cəlb edilib.

Hazırda yanğın nəzarət altına alınıb. İlkin məlumata görə, yanğın nəticəsində sahibkarlara məxsus ümumi sahəsi 1200 kv.m olan ticarət obyektləri içərisindəki mallarla birlikdə yanaraq yararsız hala düşüb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı FHN-nin Şəki rayon DYMH-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR