Vahid Mürsəliyev: “2015-ci ilə nisbətən bu il gəlirlərimiz azalıb”

Vahid Mürsəliyev: “2015-ci ilə nisbətən bu il gəlirlərimiz azalıb”
# 04 noyabr 2016 16:05 (UTC +04:00)

2015-ci illə müqayisədə bu il “Azercell” şirkətinin gəlirləri azalıb.

APA-Economics”in məlumatına görə, bu barədə “Azercell” şirkətinin prezidenti Vahid Mürsəliyev məlumat verib. Onun sözlərinə görə, iqtisadi vəziyyət, manatın devalvasiyası və digər amillər şirkətin gəlirlərinə təsir edib: “Azercell”in bütün müasir avadanlıqları xaricdən idxal etdiyini nəzərə alsaq, bu amillər bizə daha çox təsir edib. Biz çalışırıq ki, müştərilərimiz bunu hiss etməsin. Xidmətlərimizi yüksək səviyyədə saxlamağa çalışırıq. Tarifləri artırmamağa çalışacağıq. Əgər hər hansı bir artım olarsa, çalışacağıq tam əsaslandırılmış, bazara və bizim müştərilərimizin bugünkü durumuna uyğun olsun. Biz müştərilərimizi düşünərək fantastik qiymət artımı planlaşdırmırıq”.

V.Mürsəliyev əlavə edib ki, şirkət işçilərini ixtisar etməyəcək: “Çünki, mən indiki iqtisadi durumda işçiləri ixtisar etməyi doğru saymıram. Biz xərclərimizə ciddi nəzarət etsək, heç buna ehtiyac da qalmayacaq. Ümumiyyətlə, biznesin əsas şərti xərclərə doğru nəzarət etməkdir. İstənilən şirkət xərclərinə düzgün nəzarət edərsə, işçi ixtisarına da gərək olmaz”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR