Bank Of Baku

Sənaye qəzaları ilə bağlı seminar keçirilib - FOTO

FHN-də “Sənaye qəzalarının transsərhəd təsiri haqqında” Konvensiyaya həsr olunmuş seminar keçirilib

© APA | FHN-də “Sənaye qəzalarının transsərhəd təsiri haqqında” Konvensiyaya həsr olunmuş seminar keçirilib

# 07 fevral 2022 15:45 (UTC +04:00)

BMT-nin Avropa İqtisadi Komissiyasının təşkilatçılığı ilə onlayn seminar keçirilib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, seminar “Sənaye qəzalarının transsərhəd təsiri haqqında” Konvensiyanın tələblərinin həyata keçirilməsi nəticəsində əldə edilən qabaqcıl praktikanın paylaşılması və keçirilmiş təlimlərin müzakirəsi məqsədilə təşkil olunub.

Tədbirdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədiqat İnstitutunun direktoru Natiq Seyidəhmədov iştirak edib. Direktor N.Seyidəhmədov “Sənaye qəzalarının qarşısının alınması istiqamətində əməkdaşlıq və Sənaye Təhlükəsizliyi üzrə Dövlətlərarası Şura çərçivəsində reaksiya verməyin təminatı” mövzusunda məruzə ilə çıxış edib. İnstitut direktoru Azərbaycanın bu sahədəki təcrübəsi barədə məlumat verib, seminar iştirakçılarının suallarını cavablandırıb.

Qeyd edək ki, Azərbaycan Respublikası “Sənaye qəzalarının transsərhəd təsiri haqqında” Konvensiyaya 4 may 2004-cü ildə qoşulub. Konvensiyanın məqsədi sənaye qəzalarının insanlara və ətraf mühitə ciddi zərərli təsirinin qarşısının alınması və ekoloji təhlükəsiz və dayanıqlı iqtisadi inkişafa nail olmaq məqsədilə, qəzaların qarşısının alınması, onlara hazırlığın və nəticələrinin aradan qaldırılmasının təmin edilməsi, həmçinin onların transsərhəd təsirinin aradan qaldırılması üçün dövlətlər arasında lazımi səviyyələrdə fəaliyyətin gücləndirilməsi və əlaqələndirilməsidir. BMT-nin üzvü kimi Konvensiyaya qoşulmuş Azərbaycan Respublikasında da sözügedən Konvensiya üzrə öhdəlikərin yerinə yetirilməsi istiqamətində müvafiq işlər aparılır və bu barədə mütəmadi hesabatlar təqdim olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR