Rusiya XİN: Biz öz ərazimizi qaytarmırıq

Rusiya XİN: Biz öz ərazimizi qaytarmırıq
# 15 fevral 2017 10:46 (UTC +04:00)

Rusiya Xarici İşlər Nazirliyi Ağ Evin Krımla bağlı bəyanatına münasibət bildirib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova ənənəvi brifinqdə bildirib ki, Moskva öz ərazilərini qaytarmır: “Biz öz ərazimizi qaytarmırıq. Krım Rusiya Federasiyasının ərazisidir”.

Qeyd edək ki, Ağ Evin sözçüsü Şon Spayser prezident Donald Trampın Rusiyanın Krımı geri qaytaracağını gözlədiyini söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR