Şəmkirdə 8 yaşlı uşağı avtomobil vurub

Şəmkirdə 8 yaşlı uşağı avtomobil vurub
# 12 dekabr 2016 15:26 (UTC +04:00)

Şəmkirdə 8 yaşlı uşağı maşın vurub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Şəmkir şəhərində baş verib.

Rayonun Yeni Həyat kənd sakini, 2008-ci il təvəllüdlü Nurlan Ələkbərov işıqforu keçərkən avtomobil onu vurub. N. Ələkbərov müxtəlif bədən xəsarətləri ilə Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR