Azərbaycan elektrik enerjisi ixracından gəlirlərini üçqat artırıb

Azərbaycan elektrik enerjisi ixracından gəlirlərini üçqat artırıb
# 13 aprel 2017 15:13 (UTC +04:00)

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan 3 min 934,62 dollar dəyərində 86 min 547,83 min kVt/saat elektrik enerjisi ixrac edib. "APA-Economics" xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) açıqladığı xarici ticarətin gömrük statistikasında bildirilir.


Məlumata görə, rüb ərzində Azərbaycandan ixrac olunan elektrik enerjisi ötən ilin yanvar-mart ayları ilə müqayisədə 59 min 477,24 kVt/saat və ya 3,2 dəfə çoxdur. Məbləğ baxımından isə illik nisbətdə 2 min 795,03 dollar və ya 3,45 dəfə artım var.

Qeyd edək ki, 2016-cı ilin yanvar-mart aylarında Azərbaycandan 1 min 139,59 dollar dəyərində 27 min 70 kVt/saat elektrik enerjisi ixrac edilib.


Elektrik enerjisinin ilk rübdə Azərbaycanın ümumi ixracında payı 0,15% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR