Hacıqabulda 25 manata heroin satan şəxs tutulub

Hacıqabulda 25 manata heroin satan şəxs tutulub
# 10 fevral 2020 14:56 (UTC +04:00)

Hacıqabulda heroin satan şəxslər saxlanılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri çərçivəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Hacıqabul sakini, əvvəllər məhkum olunmuş, 1994-cü il təvəllüdlü Zayidov Vəli Əlişirin oğlu saxlanılaraq polis şöbəsinə gətirilib. Onun üzərinə baxış zamanı narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Keçirilmiş əməliyyatın davamı olaraq heroini ona 25 manata satan Hacıqabul sakini, 1982-ci il təvəllüdlü Həsənov Niyaməddin Cəmaləddin oğlu da saxlanılıb.

Faktla bağlı Hacıqabul rayon Polis Şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 234.1 və 234.2 maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR