Azərbaycan əhalisi nağd dollar alışını azaldıb

Azərbaycan əhalisi nağd dollar alışını azaldıb
# 30 dekabr 2019 15:53 (UTC +04:00)

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda banklar tərəfindən əhaliyə satılan nağd ABŞ dolları kütləsinin həcmi 2 328 160,3 min dollar təşkil edib ki, bu da 2018-ci ilin eyni dövrünə nisbətən 493 729,8 min dollar və ya 17,5 % azdır.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalara görə, cari ilin noyabr ayında ölkə əhalisi tərəfindən 237 888,6 min dollar alınıb. Bu isə oktyabr ayına nisbətən 14 437 min dollar və ya 5,7% az, cari ilin yanvar ayına nisbətən isə 61 738,8 min dollar və ya 20,6 % azdır. Ötən ay əhali tərəfindən dollar alışı 2018-ci ilin analoji ayı ilə müqayisədə 21 524,9 min dollar və ya 9,9% artıb.

Bundan başqa, yanvar-noyabrda ölkə əhalisinin banklara satdığı nağd dollar kütləsinin ümumi həcmi 1 659 067,5 min dollar təşkil edib ki, bu da 2018-ci ilin müvafiq dövrünə nisbətən 204 801,1 min dollar və ya 11% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR