Tiflis Azərbaycan Dövlət Dram Teatrı yeni mövsümə başlayır

Tiflis Azərbaycan Dövlət Dram Teatrı yeni mövsümə başlayır
# 25 oktyabr 2016 02:25 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Noyabrın 1-də Heydər Əliyev adına Tiflis Azərbaycan Dövlət Dram Teatrı yeni teatr mövsümünü gürcü klassiki David Kldiaşvilinin “Darispanın iztirabları” premyerası ilə açacaq.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, yeni tamaşa haqqında məlumatı teatrın aktyor-rejissoru Turqay Vəlizadə məlumat verib.

Onun sözlərinə görə, yeni premyera Tiflisdəki Kaxa Bakuradze adına teatrın tamaşa salonunda oynanılacaq. “Darispanın iztirabları” tamaşasında azərbaycanlı aktyorlardan Turqay Vəlizadə, Aslan Məmmədov, Leyla Qasımova, Bülbül Əliyeva, Aysel Məmmədova, Namiq Musayev ilə birgə gürcü və türk aktyorları Laura Rexviaşvili və Nicat Zəngin də rolları ifa edəcəklər.

Əsərin rejissoru teatrın rəhbəri Varlam Nikoladzedir. Tamaşa üç gün davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR