Nazir: "Bu görüş Xəzərin hüquqi statusuna dair Konvensiyanın güzəştli variantını müzakirə etmək üçün yaxşı imkandır"

Nazir: "Bu görüş Xəzərin hüquqi statusuna dair Konvensiyanın güzəştli variantını müzakirə etmək üçün yaxşı imkandır"
# 05 dekabr 2017 08:50 (UTC +04:00)

"Bu görüş Xəzərin hüquq statusu ilə bağlı Konvensiyanın güzəştli variantını müzakirə etmək üçün yaxşı imkandır".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin görüşündə çıxışında bildirib.

"Biz dünən bu məsələlər ətrafında müzakirələr apardıq. İrəliyə getmək üçün yaxşı imkanın olduğu qeyd olundu. Bugünkü görüş gələn il Qazaxıstanda keçiriləcək Xəzəryanı dövlət başçılarının sammiti ərəfəsində detalların razılaşdırılmasına həsr olunub. Ümid edirəm ki, müzakirələrimiz faydalı olacaq", - deyə Azərbaycan XİN başçısı qeyd edib.

Məmmədyarov vurğulayıb ki, Xəzərin statusu ilə bağlı bütün görüşlər mehriban qonşuluq münasibətlərinin möhkəmləndirilməsi, əməkdaşlığın inkişafı, Xəzər regionunun çiçəklənməsi baxımından tarixi əhəmiyyət daşıyır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR