Putin Mixail Boçarnikovu Rusiyanın Azərbaycandakı səfiri təyin edib

Putin Mixail Boçarnikovu Rusiyanın Azərbaycandakı səfiri təyin edib
# 29 may 2018 19:08 (UTC +04:00)

Rusiya prezidenti Vladimir Putin Mixail Boçarnikovu Rusiya Federasiyasının Azərbaycandakı səfiri təyin edib.

APA-nın xəbərinə görə, müvafiq sərəncam rəsmi hüquq informasiya portalında dərc edilib.

Qeyd edək ki, M.Boçarnikov 2006-cı ildən bu ilin fevralınadək Rusiyanın Qazaxıstandakı səfiri postunda çalışıb.

M.Boçarnikov yeni postunda Vladimir Doroxini əvəzləyib. V.Doroxin 2017-ci ilin noyabrında vəzifəsindən azad edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR