Cocuq Mərcanlı sakinləri 24 ildən sonra öz kəndlərində səs verir

Cocuq Mərcanlı sakinləri 24 ildən sonra öz kəndlərində səs verir
# 11 aprel 2018 07:14 (UTC +04:00)

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 24 ildən sonra səsvermə təşkil olunub.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin yeni yaradılan 73 saylı məntəqəsində səsvermə keçirilir. Cocuq Mərcanlıdan olan 121 seçici ilk dəfə öz kəndlərində seçkilərdə iştirak edir.

Qeyd edək ki, 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinə daxil olan 73 məntəqədən 72-i 1993-cü ildən respublikanın 58 rayonunda fəaliyyət göstərir.

49788 seçicidən 49667 nəfəri məcburi köçkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR