“Barselona”nın futbolçusu La Liqa tarixinə düşüb

“Barselona”nın futbolçusu La Liqa tarixinə düşüb
# 03 fevral 2020 09:23 (UTC +04:00)

“Barselona”nın futbolçusu Ansu Fati İspaniya çempionatları tarixinə düşüb.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi La Liqada dubla imza atan ən gənc futbolçu olub.

XXII turun “Levante” ilə matçında iki qola imza atan istedad 17 yaş 94 günlüyündə fərqlənib. O, Xuanmi Ximenesə məxsus rekordu arxada qoyub.

Hazırda “Betis”də çıxış edən sonuncu “Malaqa” formasını geyindiyi 2010-cu ildə “Real-Sosyedad”ın qapısından iki qol keçirib. O, 17 yaş 115 günlüyündə dubl müəllifi olub.

Qeyd edək ki, “Barselona” “Levante”yə 2:1 hesabı ilə qalib gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR