Gəncədə intihar cəhdinin qarşısı alınıb

Gəncədə intihar cəhdinin qarşısı alınıb
# 04 mart 2018 14:38 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Gəncə şəhəri, Kəpəz rayonunda mənzildə intihara cəhd olması barədə məlumat daxil olub.

APA-nın FHN-nin saytına istinadən verdiyi məlumata görə, hadisə yerinə Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Xilasedicilər polis əməkdaşlarının iştirakı ilə giriş qapısını açaraq mənzilə daxil olublar. Vətəndaşla aparılmış psixoloji söhbətlər nəticəsində o, intihar etmək fikrindən daşınıb.

Əməliyyat başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR