Kanadada restoranda partlayış törədilib, 15 nəfər yaralanıb

Kanadada restoranda partlayış törədilib, 15 nəfər yaralanıb
# 25 may 2018 07:50 (UTC +04:00)

Kanadanın Mississauga şəhərindəki "Bombay Bhel" restoranında partlayış baş verib.

APA-nın məlumatına görə, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Hindistanlılara məxsus restoranda partlayış nəticəsində 3-ü ağır olmaqla, azı 15 nəfər yaralanıb. Restorana partlayıcı qurğunu qoyan iki şübhəli şəxsin daha sonra qaçdığı bildirilir.

Kanada polisi 2 nəfərin partlayıcı qurğunu restorana qoyaraq qaçdığını açıqlayıb. Sosial şəbəkələrdə restorana kustar üsulla hazırlanmış partlayıcı qurğunu qoyan şəxslərin görüntüləri paylaşılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR