Mahmud Məmmədquliyev: “Ermənistandakı iclasda iştirakımız mümkündür”

Mahmud Məmmədquliyev: “Ermənistandakı iclasda iştirakımız mümkündür”
# 06 sentyabr 2013 10:01 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. Azərbaycan “Şərq tərəfdaşlığı” ölkələri xarici işlər nazirlərinin Ermənistanda keçiriləcək iclasında iştirak etmək məsələsini nəzərdən keçirir. Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev APA-ya bildirib ki, bu iclas “Şərq tərəfdaşlığı”nın Vilnüs sammiti öncəsində son toplantı olacaq: “Ona görə də, sammitə hazırlıqla əlaqədar bu toplantıda iştirakımız mümkündür”.

Xatırladaq ki, sentyabrın 12-13-də Ermənistan paytaxtında “Şərq tərəfdaşlığı” ölkələri XİN rəhbərlərinin qeyri-rəsmi görüşü keçiriləcək. Elə həmin günlərdə İrəvanda “Şərq tərəfdaşlığı” ölkələri təhsil nazirlərinin də qeyri-rəsmi yığıncağı olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR