Gürcüstan müdafiə naziri Azərbaycana səfər edəcək

Gürcüstan müdafiə naziri Azərbaycana səfər edəcək
# 19 noyabr 2015 13:15 (UTC +04:00)

APA-nın Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, turne çərçivəsində T. Xidaşeli Kanada, ABŞ, Belçika, Almaniya və Azərbaycana səfər edəcək.

T. Xidaşelinin Nyu-Yorkda BMT sülhməramlı missiyalarının rəhbərləri ilə görüşləri, habelə Avropa Parlamentinin Müdafiə və təhlükəsizlik komitəsində çıxışı gözlənilir.

Gürcüstan müdafiə nazirinin sonuncu səfəri Azərbaycana olacaq. T Xidaşeli bildirib ki, ikigünlük səfər zamanı Azərbaycan tərəfi ilə bir sıra görüşlər nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR