Leyla Seyidbəyova Bakı şəhəri Baş Səhiyyə İdarəsinin rəisi, Sultan Əliyev isə Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdiri vəzifəsindən azad edilib - YENİLƏNİB

Leyla Seyidbəyova Bakı şəhəri Baş Səhiyyə İdarəsinin rəisi, Sultan Əliyev isə Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdiri vəzifəsindən azad edilib - <font color=red>YENİLƏNİB</font>
# 03 may 2012 11:22 (UTC +04:00)
APA-nın məlumatına görə, L. Seyidbəyova 65 yaşı tamam olduğuna görə, təqaüdə göndərilib.

Bakı şəhəri Baş Səhiyyə İdarəsinin rəisi vəzifəsinə isə Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdir müavini Elmira Əliyeva təyin edilib.

L. Seydbəyova isə Mərkəzi Neftçilər Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub.

Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdiri Sultan Əliyev də 65 yaşı tamam olduğuna görə vəzifəsindən azad edilərək Respublika Elmi Tədqiqat Hematologiya və Qanköçürmə İnstitutunun direktoru təyin edilib.

Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdiri vəzifəsinə isə 2 saylı Şəhər Klinik Xəstəxanasının baş həkiminin müavini Gülmirzə Poladov təyin olunub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli APA-ya məlumatı təsdiqləyib.

A. Qədirli deyib ki, hər iki şəxsin təcrübəsinə böyük ehtiyac var.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR